Zelenski Priqojinin qəzaya uğramasını şərh edərkən zarafat edib?

Zelenski Priqojinin qəzaya uğramasını şərh edərkən zarafat edib?

Ukrayna hakimiyyəti Qərb müttəfiqlərindən “təyyarələrlə köməklik göstərməyi” xahiş edəndə, onlar “bunu nəzərdə tutmayıblar”.

Ukrayna prezidenti Vladimir Zelenski “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğramasını belə şərh edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Kommersant”a istinadən xəbər verilir.

Zelenski Kiyevdə ukraynalı jurnalistlərlə söhbəti zamanı “...bizim bununla heç bir əlaqəmiz yoxdur”-deyə bildirib.

Xatırladaq ki, Moskvadan Sankt-Peterburqa uçan şəxsi təyyarə avqustun 23-də Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan on nəfərin hamısı həlak olub. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin və özəl hərbi şirkətin komandiri Dmitri Utkin olub.

Təyyarənin uçuşu ilə bağlı hesabatı “Flightradar24” portalı dərc edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə