Tüstü İtaliyanın Siciliya adasına və Maltaya çatıb

Tüstü İtaliyanın Siciliya adasına və Maltaya çatıb

Yunanıstanda baş verən yanğının səbəb olduğu tüstünün İtaliyanın Siciliya adasına və Maltaya çatdığı bildirilib.

Yunanıstan Meteorologiya İdarəsi bu günün peyk görüntüsünü paylaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, görüntü ilə bağlı açıqlamada deyilib:

“Ölkəmizdə baş verən onlarla yanğın yüz minlərlə hektar meşə, kənd təsərrüfatı sahələrini və yaşayış məntəqələrini məhv edərkən, tüstü Aralıq dənizinin böyük bir hissəsini bürüdü”.

Xüsusilə Qərbi Trakyadakı yanğının havada asılı vəziyyətdə çox böyük miqdarda hissəciklər meydana gətirdiyinə diqqət çəkilərək, bu hissəciklərin Cənubi İtaliya və Maltaya qədər çatdığı qeyd edilib.

Siciliya və Maltada hissəciklərin konsentrasiyası səbəbindən havanın çirklənməsinin çox yüksək olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə