Kiyevdə III Krım Platforması Zirvə Toplantısı keçirilib

Kiyevdə III Krım Platforması Zirvə Toplantısı keçirilib

Ukraynanın paytaxtı Kiyevdə 60-dan çox ölkə və beynəlxalq təşkilatın iştirak etdiyi III Krım Platforması Zirvə Toplantısı keçirilib.

SİA-nın elə dünən xəbər verdiyi kimi, Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın moderatorluğu ilə Kiyevdəki oteldə keçirilən sammitdə Ukrayna prezidenti Volodimir Zelenski ilə yanaşı, Portuqaliya prezidenti Marselo Rebelo De Sousa, Litva prezidenti Gitanas Nauseda, Macarıstan prezidenti Katalin Novak, Krım tatar türk xalqının lideri Mustafa Əbdülcəmil Kırmızıoğlu və çox sayda qonaq iştirak edib.

Prezidentin baş müşaviri, səfir Akif Çağatay Kılıçın da iştirak etdiyi toplantıda Fransa prezidenti Emmanuel Makron, Polşa prezidenti Anjey Duda, Latviya prezidenti Edqars Rinkeviç, Estoniya prezidenti Alar Karis və bir çox ölkə liderlərinin göndərdiyi videomüraciətlər yayımlanıb.

Prezident Rəcəb Tayyib Ərdoğan zirvəyə videomüraciət göndərərək Krım tatar xalqına dəstəyini ifadə edib.

Zelenski iclasdakı çıxışında sammitin əhəmiyyətinə diqqət çəkərvk deyib:

“Bu il sammitdə Avropa, Asiya, Amerika və Afrikadan 63 ölkə və beynəlxalq təşkilat təmsil olunur. Hər il daha çox iştirakçı olması işğalın beynəlxalq hüquqa və insanlara qarşı cinayət olduğuna dair qlobal razılaşmanın olması deməkdir”.

Krım tatar türk xalqının lideri və Ukrayna millət vəkili Mustafa Əbdülcəmil Kırımoğlu da 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krımın xilas edilməsinin vacibliyini vurğulayaraq deyib:

"Torpaqlarımızın işğaldan azad ediləcəyinə və Ukraynanın ərazi bütövlüyünə uzanan əllərin qırılacağına heç bir şübhəmiz yoxdur”.

Türkiye Prezidentinin baş müşaviri, səfir Akif Çağatay Kılıç da Türkiyenin 2014-cü ildən Krımın ilhaqına qarşı aydın və ardıcıl siyasət yürütdüyünü xatırladıb.

“Bizim dəstəyimiz bu müharibə bitdikdən sonra da davam edəcək”, -deyə səfir Kılıç qeyd edib.

Macarıstan prezidenti Katalin Novak çıxışında “Ukrayna tərəfində aydın mövqeyə və Rusiyanın əsassız təcavüzünün pislənməsinə ehtiyacımız var” deyib.

İtaliyanın baş naziri Giorgia Meloni sammitə göndərdiyi videomüraciətdə Qərbin 2014-cü ildə baş verənləri tam qavraya bilmədiyinə diqqət çəkib:

"2014-cü ildə Qərbdə baş verənlər tam başa düşülmədi və ya bəlkə də Moskvanın imperialist hərəkətinin orada dayanacağına ümid edilirdi. Biz yanılmışdıq və bunu etiraf etməliyik".

Litva, Latviya, Estoniya, Polşa və Finlandiya liderləri də Krıma dəstək mesajı veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə