Çənəsini qırıb, dilini kəsdilər - DƏHŞƏTLİ HADİSƏ

Çənəsini qırıb, dilini kəsdilər - DƏHŞƏTLİ HADİSƏ

İstanbul Esenyurt sakinləri tərəfindən bəslənən və bir müddət əvvəl yoxa çıxan pişiyin çənəsi qırılmış, dili kəsilmiş halda zibil qabında tapıldığı iddia edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bütün müdaxilələrə baxmayaraq, pişiyi xilas etmək mümkün olmayıb.

İstanbulun Esenyurt şəhərindəki hadisə iyulun 23-də Saadetdere səmtində baş verib. Məhəllə sakinlərinin bəslədiyi iddia edilən pişik iyulun 17-də yoxa çıxıb. İyulun 23-də küçə heyvanlarını bəsləyən Birgül İnce itən pişiyi Peyami Safa küçəsində zibil qabında yaralı halda tapıb. Pişiyi ilk olaraq evinə aparan İncə onu müalicə etməyə çalışıb. Sosial şəbəkə vasitəsi ilə əlaqə saxlanılan müğənni Hande Yenerin müdaxiləsi ilə pişik baytarlıq klinikasına aparılıb. Çənəsi qırılan və dilinin iti alətlə kəsildiyi müəyyən edilən pişik əməliyyata alınıb. Lakin bütün cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Pişiyi zibillikdə tapan Birgül İncə, "17 iyulda pişik yoxa çıxdı, hamı narahat oldu. Bir həftə sonra ya iyulun 23-ü axşam, ya da iyulun 24-ü axşam bu zibil qabı dolu idi. Mən onu çənəsi dağılmış, ölmək üzrə tapdım. Adını Aura qoyduq. Nə edəcəyimi bilmirdim. Çox pis idi. Evimdə iki gecə qaldı. Bir neçə yerə aparıb müalicə etdirməyə çalışdım. Klinikaya apardım, çox pul istədilər. Bilirsiniz, küçə heyvanı olsa belə, çox yüksək ödənişlər alınır. Sağolsun müğənni Hande Yenerin sayəsində pişiyi klinikaya yerləşdirdik. Çənəsindən əməliyyat oldu. Burada başqa pişiklər yoxa çıxdığı üçün görüntülərdən bunu kimin etdiyini öyrənmək üçün polis bölməsinə müraciət etdim. Düşünürəm ki, eyni şey onların da başına gəlib: "Burada mağaza sahiblərinin kameraları var. Polis gələndə 16-17-ci gün idi. Kameradakı görüntülər silinmişdi, ərizə versəm də xeyri olmadı”.

Pişiyin əməliyyatdan sonra sağaldığını və yaxşı olduğunu ifadə edən İncə, "Əməliyyatdan sonra uzun müddət klinikada qaldı. Vəziyyəti yaxşı idi. Qaraciyər və böyrəkləri pisləşdiyi üçün bizi çağırdılar. Növbəti gün meyidini götürdük. Baytar dedi ki, dili kəsilib. Əvvəlcə bilmədim. Çənədən insan əli ilə vurulmuş bir zərbə olduğunu düşündüm. Çünki maşın vursaydı ölərdi. Hamilə heyvan da var idi ki, o da itkin idi. Burada bir neçə başqa heyvan da yaşayırdı. Həmin canlılar çoxdan itib”.

Hadisədən narahat olan məhəllə sakinləri pişiyə belə bir şey edən qatilin tez bir zamanda tutulmasını istəyirlər. Məhəllə sakinlərindən Mehmet Kayagül, "Belə bir şey varsa, bu çox pisdir. Təbii ki, cəzalandırılmasını istəyirik” dedi.

Esma Ece isə "Təbii ki, görsəm çox əsəbiləşərdim. Heyvanlar bizim üçün çox önəmlidir. Onlar da canlıdır. Onlara yaxşı baxmalıyıq" deyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə