Priqojinin təyyarəsinin qəzaya uğramasının təfərrüatları məlum olub?

Bizlərdə buna necə deyirlər...ya zəlzələdən, ya vəlvələdən
Priqojinin təyyarəsinin qəzaya uğramasının təfərrüatları məlum olub?

Deməli, sərnişinlər siyahısında PMC-nin rəhbəri Yevgeni Priqojin olan Embraer-135 biznes-jetinin Tver vilayətində qəzaya uğraması ilə bağlı yeni məlumatlar gəlməkdədir.

SİA-nın əldə etdiyi məlumata görə, təyyarənin uçuşu ilə bağlı hesabatı “Flightradar24” portalı dərc edib.

Belə ki, resurs Moskva vaxtı ilə saat 18:20-yə qədər Embraer-135 təyyarəsindəki məlumatları izləyə bilib.

Qeyd olunur ki, təyyarə 8,5 km yüksəkliyə qalxaraq bir müddət bu hündürlükdə uçuşunu davam etdirib. Sonradan məlum olmayan səbəbdən daha da yüksəklik yığıb və...daha sonra 30 saniyə ərzində 2,4 km itirdi.

Yeri gəlmişkən bu mənə ilk Sovet reaktiv mühərrikli sərnişin təyyarəsi olan “Tu-104”-ün qəzasını xatırladır. Amma o vaxt, gərək ki, 1958-ği ildə, Çuvaşiyadan olan tatar təyyarəçi Qarold Kuznetsov qəzanın bütün təfərrüatlarını yerə ötürə bilmişdi və sonradan...-A.B.)

Onu da qeyd edək ki, bundan əvvəl Fövqəladə Hallar Nazirliyi təyyarənin Moskvadan Sankt-Peterburqa doğru hərəkət etdiyini bildirmişdi. O, Tver vilayətinin şimal-qərbindəki Boloqovski rayonunun Kujenkino kəndi yaxınlığında düşüb. Təyyarədə üç ekipaj üzvü də daxil olmaqla on nəfərin olduğu və onların hamısının öldüyü bildirilib. Federal Hava Nəqliyyatı Agentliyi mümkün sərnişinlər arasında Priqojin, Vaqner komandiri Dmitri Utkinin, bir neçə “PMC” döyüşçüsünün, həmçinin Neva QSC-nin baş direktoru Valeri Çekalovun adını çəkib.

Bu arada “Əl-Cəzirə” telekanalının məlumatına görə, Priqojinin telefonu biznes-jetin qəzaya uğradığı yerdə tapılıb.

“Kommersant” yazır ki, lakin onun cəsədi hələ də tanınmayıb.

“RİA Novosti” xəbər verir ki, hazırda yol polisi postları Kujenkino kəndinə gedən yolu köhnə ferma tərəfdən bağlayıb. Qeyd olunur ki, qəza yeri istiqamətində olan kənd yolunda Fövqəladə Hallar Nazirliyinin və RF İK-nin maşınları vaxtaşırı hər iki istiqamətdə hərəkət edir.

Orada da operativ qərargah yerləşdirilib, media işçiləri kordon arxasında işləyirlər.

Qeyd olunur ki, təyyarənin qalıqlarından biri qəza yerindən iki kilometr aralıda, Kujenkino kəndinin girişində tapılıb. Polis ərazini mühasirəyə alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilləri saxlayır və sürücülərdən səfərin məqsədini soruşurlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə