ABŞ Prezidenti Co Bayden Rusiyanın “Vaqner” qrupunun lideri Yevgeni Priqojinə məxsus təyyarənin qəzaya uğramasına münasibət bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.
"Nə baş verdiyini dəqiq bilmirəm, amma təəccüblənmirəm", - deyə Bayden vurğulayıb.
Qeyd edək ki, “Embraer Legacy” təyyarəsi avqustun 23-də Moskva vaxtı ilə saat 18:40 radələrində Tver vilayətinin Boloqovski rayonunun Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB