Yunanıstanda yanğına görə 5 nəfər həbs edildi

Yunanıstanda yanğına görə 5 nəfər həbs edildi

Yunanıstanda meşələri yandıran 5 nəfər həbs edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, tutulanlardan biri Almaniyadan olan 20 yaşlı turistdir. Bildirilib ki, o, Rodos adasında həbs edilib.

Onun qaldığı Fanes ərazisindəki otelin işçiləri turistin qamışlıqları yandırdığını görüblər. Yunanıstanın digər bölgələrində də həbslər həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə