...İstintaq Komitəsinin şəhər üzrə şöbəsi xəbər verir ki, Sankt-Peterburqda 25 yaşlı yerli sakinə qarşı terrora çağırış maddəsi ilə cinayət işi açılıb. O, Ukrayna tərəfində döyüşən Rusiya Könüllülər Korpusu və “Rusiya Azadlığı Legionu”nun vərəqələrini yaymaqda ittiham olunur.
İstintaq Komitəsi iddia edir ki, müttəhim avqustun 20-də naməlum şəxsdən internet maketləri vasitəsilə “Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ilə terror təşkilatı kimi tanınan Ukrayna hərbiləşdirilmiş birliyinin fəaliyyətini təbliğ edən vərəqələr alıb.
Və sonra o, guya onları çap edib Sankt-Peterburqun Kirovski rayonunda yapışdırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, idarə nə saxlanılan şəxsin adını, nə də “hərbi birliyin” adını açıqlamır.
…Amma avqustun 21-də “Baza Telegram” kanalı Sankt-Peterburqda Filarmoniyanın süpürgəçisinin Rusiya Könüllülər Korpusu və “Rusiya Azadlığı Legionu”nun vərəqələri ilə saxlandığını bildirib.
Məlumatda bildirilir ki, saxlanılan şəxsin adı Fyodor Konovalovdur. “Rotonda” nəşrinin məlumatına görə, Konovalov Filarmoniyada işləyib və Leninqrad vilayətində qatar səfərlərindən videolar yükləyən “Jelezedorojnıy magistral” (“Dəmiryol xətləri”) Youtube kanalında aparıcılıq edib.
Yeri gəlmişkən, Filarmoniyanın direktoru İlya Çerkasov 78.ru saytına Konovalovun saxlandığını təsdiqləyib. O, saxlanılan şəxsin uşaqlıqdan əlil olduğuna diqqət çəkib. İddialara görə, məhkəmə saxlanılan şəxsi iki ay müddətinə istintaq təcridxanasına göndərib. O, özü həbslə bağlı olmayan tədbirin seçilməsini istəyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB