Hey gidi dünya...Serbiya Krım platformasına qoşuldu

Hey gidi dünya...Serbiya Krım platformasına qoşuldu

…Avqustun 23-də Ukraynanın Müstəqillik Günü ərəfəsində Kiyevdə Krım Platformasının sammiti açılıb. Bu təşkilat 2021-ci ildə Ukraynanın təşəbbüsü ilə ilhaq edilmiş Krım problemini beynəlxalq səviyyədə müzakirə etmək üçün yaradılıb.

2021-ci ilin avqustunda onun ilk sammiti Kiyevdə keçirildi, onun bəyannaməsində məqsəd Krım ərazisinin “müvəqqəti işğalının dinc yolla dayandırılması” və “beynəlxalq hüquqa tam uyğun olaraq Ukraynanın bu əraziyə nəzarətinin bərpası” adlandırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu sammit ardıcıl üçüncüdür. İştirakçılarının əksəriyyəti, xüsusən də bir sıra Qərb ölkələrinin xarici işlər nazirləri onlayn rejimdə iştirak edirlər, lakin bəzi liderlər, xüsusən də Litva Prezidenti Gitanas Nauseda, Moldovanın baş naziri Dorin Recean və Finlandiyanın baş naziri Petteri Orpo, eləcə də Portuqaliya və Macarıstan prezidentləri Ukraynanın paytaxtına gəliblər.

Sammitdə çıxış edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Krım Platformasının iştirakçılarının sayının 67-yə yüksəldiyini qeyd edib.Yeni iştirakçılar arasında Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Serbiya da var.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski bir daha bəyan edib ki, Kiyev Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərin azad edilməsinə və 1991-ci il sərhədləri daxilində (Krım da daxil olmaqla) ərazi bütövlüyünün bərpasına sadiqdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə