Tver vilayətinin Boloqovski rayonunda göyərtəsində “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin olan təyyarə qəzaya uğrayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rosaviasiya onun sərnişinlər siyahısında olduğunu bildirib. Təyyarənin qəza anı “Baza” və “Mash” teleqram kanalları tərəfindən yayımlanan videoya çəkilib.
Deyilənlərə görə, bu, “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinə məxsus biznes təyyarəsinin nömrəsidir. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ilkin məlumatlara görə, təyyarədə on nəfər olub, onların hamısı həlak olub.
Qeyd edək ki, Priqojinin strukturlarından hələ ki, şərh yoxdur.
“Vaqner” PMC ilə əlaqəli “Grey Zone” kanalı təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.
“Baza” Flightradar məlumatlarına istinadən təyyarənin Moskvadan uçduğunu bildirib.
...Bu arada jurnalist Andrey Zaxarova mənbələrə istinadən iddia edir ki, Priqojin və "Vaqner" PMC rəhbərliyi bu gün Afrikadan Rusiyaya uçub.
Zaporojye vilayətinin Rusiya işğal administrasiyasının rəsmisi Vladimir Roqov "Vaqner" PMC-nin nümayəndələrinə istinadən iddia edir ki, Priqojin və Utkinin təyyarədə olub və həlak olublar.
"Flightradar"ın məlumatına görə, qəzaya uğrayan təyyarə Moskva vilayətindən havaya qalxıb, Tver vilayətində isə radardan itib.
Qəza zamanı havada Priqojinlə əlaqəli başqa bir təyyarə də olub - quyruq nömrəsi RA-02795 olan biznes reaktivi. O, Sankt-Peterburqdan Moskvaya uçub və Moskva yaxınlığındakı Ostafyevo biznes aviasiya hava limanına enib. Hələlik bu təyyarənin göyərtəsində kimin olduğu barədə məlumat yoxdur. Bir sıra teleqram kanalları Priqozhinin qəzaya uğrayan təyyarədə olmadığı və ikinci təyyarədə uça biləcəyini fərz edir, lakin buna dair heç bir sübut yoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB