Gənc tacik... “qızı günahdan xilas etməyə çalışıb”

Gənc tacik... “qızı günahdan xilas etməyə çalışıb”

Bir müddət əvvəl xəbər verildiyi kimi, Moskva vilayətinin Naxabino qəsəbəsində rus dilini yaxşı bilməyən asiyalı görünüşlü gənc səhər qaçışına şıxan tanış olmayan rus qızını vurub.

Beləliklə, Daxili İşlər Nazirliyi Naxabinoda qaçış zamanı qızı xarici görünüşünə görə vuran Tacikistandan olan 20 yaşlı miqrant Şahzod Juraboyevin dindirilməsinin görüntülərini nümayiş etdirib.

Videoda şübhəlinin müstəntiqlə danışmaq üçün ofisə aparıldığı görünür. Dindirilmə zamanı tacik günahını etiraf edib və bildirib ki, o öz əməli ilə “qızı günahdan xilas etməyə çalışıb”.

Saxlanılan tacikin şizofreniya xəstəliyindən əziyyət çəkdiyi və müalicə üçün Moskva vilayətinə gəldiyi məlum olub. 2022-ci ildə ruhi xəstəxanaya yerləşdirilən gənc, sonradan onun vəziyyəti başqalarına təhlükə yaratmır kimi qiymətləndirilərək evə buraxılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Moskva vilayətində səhər qaçışı zamanı qıza şortik geyindiyi üçün hücum böyük rezonansa səbəb olub.

Bişkekdən olan, zərərçəkən 21 yaşlı zərərçəkmiş Faina Ryazanova “Moskovskiy Komsomolets”ə baş verənlərin təfərrüatlarını danışıb.

Onun sözlərinə görə, qəribə adamın əsas sualları belə olub: “Niyə belə qaçırsan?”, "Niyə belə görünürsən?".

Qız yanağından necə yumruq aldığını xatırladıb. Onun dediyinə görə, aldığı zərbədən qulaqcığı düşüb, dodaqları şişib və ağzı qanayıb.

Təbii ki, şizofreniya xəstəsisən, nəsən elə də bir önəm kəsb etmir. Özü də başqa xalqın nümayəndəsi…

Hazırda tacik həbsdədir, ona xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə