Çinli bir casus saxta profillərdən istifadə edərək Britaniya rəsmilərindən məxfi məlumat almaq üçün beş il sərf etdi.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Times” yazır.
Məqalədə Robin Çjanq ləqəbli casusun LinkedIn sosial şəbəkəsindən istifadə etdiyi bildirilir. O, Britaniya hakimiyyət orqanları ilə əlaqə saxlayıb və onlardan dövlət sirlərini “çıxarmağa” çalışıb.
Qeyd edək ki, o, bunun müqabilində mükafat olaraq külli miqdarda pul təklif edib.
Təbii ki, onun işinin nə qədər məhsuldar, yəni nələrə nail olduğu dəqiq bilinməsə də, lakin Qərb kəşfiyyat orqanları Robin Çjanqı son dövrlərin ən məhsuldar casus kimi tanıdıqlarını etiraf ediblər.
Maraqlıdır ki, çinli casus çoxlu saxta profillərdən istifadə edib və özünü hansısa təşkilatın işçisi kimi təqdim edib. Onunla sövdələşmə istənilən britaniyalı məmura ən azı on min dollar qazandıra bilərdi.
Başqa bir mükafat isə Çinə səyahət və gəlirli konfranslarda iştirak təklif olunurdu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB