Ruslar, təbii ki, Mi-8 helikopterin “davranışına” fərqli yanaşırlar. İlk olaraq onlar helikopterin Ukrayna ərazisinə qaçırılmadığını, sadəcə olaraq ehtiyac üzündən endiyini yazırlar.
Əslində reallıq budur ki, Rusiyaya məxsus Mi-8 helikopteri, həm Rusiya, həm də Ukrayna mənbələrinə görə, bir müddət əvvəl Rusiyadan Ukraynaya uçaraq Ukrayna aerodromlarından birinə enib.
Qeyd edək ki, bu hadisə haqqında yazanlar onun səbəblərini fərqli dəyərləndirirlər. Hələlik bu barədə rəsmi açıqlama verilməyib.
Məsələn, Rusiyanın “FighterBomber” Telegram kanalı çərşənbə günü, helikopterin “bir neçə həftə əvvəl yoxa çıxdığını” yazıb. Onun sözlərinə görə, nədənsə - radio oyunu və ya naviqasiya nasazlığına görə - helikopter orientasiyasını itirərək Ukraynaya uçub, ekipaj aerodromunu görərək oturub və məlum olub ki, bu Poltavadır.
…Və helikopter yenidən havaya qalxmaq üçün cəhd edəndə ona atəş açılıb, pilot yaralanıb və ehtimal olunan digər iki ekipaj üzvü ölüb.
Ukraynalı jurnalist Yuri Butusov Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinadən Rusiya hərbi helikopterinin bir müddət əvvəl Ukrayna hərbi hava bazalarından birinə uçduğunu təsdiqləyib.
Butusova görə, bu naviqasiya xətası ola bilməz, çünki Poltava aerodromu cəbhə xəttindən təxminən 300 kilometr aralıda yerləşir və belə bir uçuş yaxşı hazırlanmalı idi.
Sonra o, “Ukrainska Pravda” xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, bu, altı aydan çox davam edən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı olub. Yəni Ukrayna kəşfiyyatı Mi-8 AMTSh pilotunu “aldadıb”.
Maraqlıdır ki, ekipaj komandirinin Ukrayna kəşfiyyatı tərəfindən cəlb edilib-edilmədiyi barədə də əlumat yoxdur.
“Ukrainska Pravda”nın yazdığına görə, helikopter “artıq Kiyevdədir”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB