“Heç kim mənim kimi seçkilərin təmizliyi üçün mübarizə aparmayıb”
Avqustun 25-dən gec olmayaraq polisə təslim olmalı və 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumla bağlı işdə hakim qarşısına çıxmalı olan ABŞ-ın keçmiş prezidenti Donald Tramp qürurla həbs olunmağa hazır olduğunu söyləyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə amerikalı siyasətçi “Truth” sosial şəbəkəsində yazıb.
Keçmiş prezidentin sözlərinə görə, onun etdiyi kimi “heç kim seçkilərin təmizliyi üçün mübarizə aparmayıb”.
“Bunun üçün mən qürurla sabah axşam Corciyada həbs olunacağam”-deyən Tramp, ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
Bundan əvvəl ABŞ-ın keçmiş lideri artıq “saxta, oğurlanmış seçkiyə meydan oxuduğuna görə” həbs olunmağa hazır olduğunu bəyan etmişdi.
Maraqlıdır ki, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Trampın ittiham aktını ABŞ üçün “dəhşətli an” adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB