Ruslar MiQ-29 qırıcısını səmaya qaldırıblar…

Ruslar MiQ-29 qırıcısını səmaya qaldırıblar…

Norveç Hərbi Hava Qüvvələrinə məxsus R-8A “Poseidon” baza patrul təyyarəsinin Barents dənizi üzərində aşkarlanmasından sonra Rusiya hərbçiləri MiQ-29 qırıcısını səmaya qaldırıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, hadisə barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rus saytlarının yazsığına görə, Şimal Donanmasının hava hücumundan müdafiə qüvvələri üçün növbətçi olan rus qırıcısı yaxınlaşanda Norveç hərbi təyyarəsi...o dəqiqə geri dönüş edib.

Rusiya Federasiyasının Müdafiə Nazirliyindən heç bir qanun pozuntusunun olmadığı deyilir.

“...Rusiya qırıcısının uçuşu hava marşrutlarını keçmədən və xarici dövlətin təyyarəsinə təhlükəli şəkildə yaxınlaşmadan neytral sular üzərində hava məkanından istifadə üzrə beynəlxalq qaydalara ciddi uyğun olaraq həyata keçirilib”.

Təbii ki, bunu Rusiya tərəfi bəyan edib.

Qeyd edək ki, bir müddət bundan əvvəl tufan səbəbindən üç Rusiya təyyarəsinin Finlandiya və Estoniyanın hava sərhədlərini keçdiyi bildirilirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə