Yunanıstanda 5 gündür davam edən yanğınlar

Yunanıstanda 5 gündür davam edən yanğınlar

Yunanıstanda 5 gündür davam edən və yaşayış məntəqələrini təhdid edən yanğınlar güclü külək səbəbindən nəzarət altına alına bilməyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Dədəağaçdakı yanğın 5-ci günündə də davam edərkən, yanğın ölkənin qərb cinahında daha da güclənib.

Qərbi Trakyadakı Meriç və Rodop bölgələrinə də təsir edən Dedeağaçdakı yanğın səbəbindən bu səhər Egnatia yolu bağlanıb.

Səlanik və Avropaya davam etmək istəyən avtomobillərə Bolqarıstan üzərindən davam etmələri tövsiyə edilib.

Fransa, Almaniya, İtaliya kimi Avropa ölkələrində yaşayan və yay tətilindən Türkiyedən qayıdan bir çox türk bu vəziyyətdən mənfi təsirlənənlər arasında idi.

Milli Rəsədxana və Ətraf Mühit İnstitutunun direktoru Nikos Mihalopoulos qeyd edib ki, yanğınlar səbəbindən havada olan hissəciklərin miqdarı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi 20 mikroqramdan 100 mikroqrama qədər artıb.

Meriçdə baş verən yanğın nəticəsində yaranan hissəciklərin İon dənizindəki adalara çatdığını bildirən Mihalopulos paytaxt Afinanın qərbində və Piredə vəziyyətin olduqca ağır olduğuna diqqət çəkib.

Bu nisbətlərin sağlamlıq üçün son dərəcə təhlükəli olduğunu bildirən Mihalopoulo, xüsusilə yaşlıların və tənəffüs problemi olanların açıq havaya çıxmamasını tövsiyə edib.

Ölkə ərazisində saatda 70 kilometr sürətlə əsən güclü külək də yanğının söndürülməsini çətinləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə