Alparslan Bayraktar Hayyan Əbdülqəni ilə görüşüb

Alparslan Bayraktar Hayyan Əbdülqəni ilə görüşüb

Enerji və təbii Sərvətlər naziri Alparslan Bayraktar avqustun 22-də paytaxt Ankarada İraq Baş nazirinin enerji məsələləri üzrə müavini və neft naziri Hayyan Əbdülqəni ilə görüşüb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən açıqlamada görüş zamanı regional məsələlərin, xüsusilə Türkiye-İraq xam neft boru kəmərinin müzakirə edildiyi bildirilib.

Sözügedən xəttin iki ölkə üçün əhəmiyyətli olduğuna diqqət çəkilən açıqlamada 6 fevral 2023-cü il zəlzələlərindən sonra aparılan yoxlama, nəzarət və baxım işlərindən sonra xəttdən neft axınının ən yaxın zamanda davam etdirilməsinin vacibliyi vurğulanıb.

"Nazirlər Türkiyə ilə İraq arasında neft və qaz, qaz və elektrik enerjisinin qarşılıqlı əlaqəsi, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi aparıblar. Türkiyə-İraq Birgə İqtisadi Komissiyasının həmsədrləri olan iki nazir komissiyanın 19-cu iclasını uyğun olan ən yaxın tarixdə Bağdadda keçirilməsini qərara aldılar” açıqlamada deyilib.

Görüşdən sonra Bayraktar və Əbdülqəni Türkiyənin "Togg" elekromobili ilə gəzintiyə çıxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə