ABŞ-ın koalisiyası Suriyanın hava məkanını yenə 26 dəfə pozdu

Bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verib
ABŞ-ın koalisiyası Suriyanın hava məkanını yenə 26 dəfə pozdu

Amerikayönlü antiterror koalisiyanın qırıcıları və pilotsuz uçuş aparatları son sutka ərzində Suriyanın hava məkanda 26 dəfə təhlükəli vəziyyət yaradıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verib.

“Beynəlxalq hava yollarının keçdiyi Tənf bölgəsində üç cüt “F-35” qırıcısı, iki cüt “F-16” qırıcısı, bir cüt “Rafal” qırıcısı və bir çoxməqsədli koalisiya “MQ-1C” pilotsuz təyyarəsi tərəfindən gündə 17 qayda pozuntusu qeydə alınıb”, -deyə V.Kulit qeyd edib.

Bundan əlavə bildirilib ki, avqustun 21-də saat 23:03-dən 23:10-dək İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki “F-16” taktiki qırıcısı işğal altındakı Colan yüksəkliklərinin hava məkanından Dəməşq yaxınlığındakı obyektlərə səkkiz qanadlı raketlə hücum edib. İsrailin hava hücumu nəticəsində bir suriyalı əsgər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə