Uçmuş körpü 17 nəfərin məzarına çevrilib

Uçmuş körpü 17 nəfərin məzarına çevrilib

Hindistanın şimal-şərqindəki Mizoram ştatının Sayranq şəhərində tikilməkdə olan dəmir yolu körpüsü uçub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bölgəyə xilasedicilər və tibb briqadası göndərilib. Əyalətin baş naziri Zoramthanqa təbii fəlakətdə 17 işçinin həyatını itirdiyini və xilasetmə işlərinin davam etdiyini açıqlayıb. Hindistan mediası dağıntı zamanı ərazidə təxminən 35-40 işçinin olduğunu bildirib. Hindistanın baş naziri sosial media hesabından paylaşım edərək həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Digər tərəfdən, ötən ilin oktyabrında Qucarat ştatının Morbi şəhərində köhnə asma körpünün uçması nəticəsində 135 nəfər həyatını itirmişdi. İyun ayında ölkənin ən yoxsul əyaləti Biharda tikilməkdə olan asma körpünün uçması nəticəsində bir nəfər ölüb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə