Tbilisidə səfərdə olan Belçikanın xarici işlər naziri Hadja Lahbib Gürcüstan xarici işlər nazir İliya Darçiaşvili ilə görüşüb.
SİA xəbər verir ki, bu barədə Belçika XİN rəhbəri "Twitter" hesabında bildirib.
"Mövcud güclü ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi, iqtisadi perspektivləri müzakirə etdik. Davamlı islahatlar vasitəsilə Gürcüstanın Aİ-yə namizədliyi yolundakı fəaliyyətinə dəstəyimizi bir daha təsdiqlədim", belçikalı nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB