Qum fırtınası səbəbindən yüzlərlə insan xəstəxanaya yerləşdirildi - DƏHŞƏTLİ HADİSƏ
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insanın xəstəxanalara yerləşdirildiyi bildirilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sistan-Bəlucistan Fövqəladə Hallar İdarəsinin rəisi Məcid Muhibbi məsələ ilə bağlı məlumat verib.
Muhibbi, "120 günlük küləklər içərisində Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 488 nəfər xəstəxanalara müraciət edib. Onlardan 64-ü yataq müalicəsi alır" deyib.
Bölgədə qum fırtınasının bir həftə davam edəcəyinin gözlənildiyini dilə gətirən İran rəsmisi insanlara, xüsusilə xəstələrə, uşaqlara və qocalara lazım olmadıqca çölə çıxmamağı və maskalardan istifadə etməyi tövsiyə edib.
Zehekdə görmə məsafəsinin 300 metrə, Zabulda isə 700 metrə qədər azaldığı bildirilir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB