Muğlanın Fethiye rayonunda eyni ailədən 7 nəfər restoranda yemək yedikdən sonra qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kənd Təsərrüfatı və Meşə İl Müdirliyindən verilən açıqlamaya görə, müalicə alan ailə üzvləri qidadan zəhərlənmə şübhəsi ilə müşahidəyə götürülüb.
Vəziyyəti bildirən Kənd Təsərrüfatı və Meşə İl Müdirliyi qrupları ailənin getdiyi restorandan nümunələr götürüb. Qida nümunələrindən alınan analizlərin nəticələrinə görə, restoranla bağlı tədbir görüləcək.
Xüsusilə isti havalarda qrupların tez-tez yoxlamalar apardığı, qida təhlükəsizliyi ilə bağlı hər cür şikayət və bildirişlərin “Alo 174 Qida Xətti”nə və ya “0501 174 0 174” telefon nömrəsinə edilə biləcəyi bildirilib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB