Fransada 50 dərəcəyə qədər anomal yüksək temperatur qeydə alına bilər
Yaxın 30 ildə Fransada 50°C-ə qədər anomal yüksək temperatur qeydə alına bilər. SİA xəbər verir ki, bunu Fransa Tədqiqat və İnkişaf İnstitutunun (IRD) iqlim dəyişikliyi üzrə eksperti Fransuaza Vimeux deyib.
Onun sözlərinə görə, bu cür temperatur göstəriciləri 2050-ci ilə qədər ola bilər.
Vimeux həmçinin qeyd edib ki, yay mövsümü daha uzun olacaq və iyundan sentyabr ayına qədər istilik dalğaları daha sıx və uzun sürəcək.
O vurğulayıb ki, 2040-cı ilə qədər ölkənin cənub-şərqindəki Lionda anomal yüksək temperaturlu günlərin sayı 35-ə çatacaq, halbuki ötən əsrin sonunda bu rəqəm 10-u keçməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB