Məkkədə güclü yağış və tufan ibadət edənlərə çətinlik yaratdı

Məkkədə güclü yağış və tufan ibadət edənlərə çətinlik yaratdı

Səudiyyə Ərəbistanının Məkkə şəhərində yağan şiddətli yağış və tufan Kəbədə ibadət edən müsəlmanlar üçün çətin anlar yaşadıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kəbədə namaz qılan müsəlmanların əksəriyyəti əlverişsiz hava şəraitinə baxmayaraq ibadətlərini davam etdiriblər.

Məkkə Mülki Müdafiə Müdirliyi xalqı pis hava şəraitinə qarşı diqqətli olmaları barədə xəbərdar edərək, elektrik sızması və ani daşqınlara qarşı diqqətli olmalarını istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə