Rusiya Müdafiə Nazirliyi Amerikanın “Willard Sea Force” yüksək sürətli hərbi gəmisinin İlan adası yaxınlığında məhv edildiyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bəyanatda, avqustun 22-də səhər saat 11:00 radələrində Rusiya Federasiyası Aerokosmik Qüvvələrinə məxsus təyyarənin İlan adasının şərqində Ukrayna desant qrupunun olduğu qayığı məhv etdiyi bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi CNN-ə verdiyi şərhdə rusların sözlərini təkzib edib.
O, telefon danışığında "Ukrayna Hərbi Dəniz Qüvvələrində belə bir insident olmayıb. Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti arasında itki yoxdur. Müvafiq olaraq, bu halda bizim şərh edəcəyimiz heç nə yoxdur" deyib.
Xatıeladaq ki, İlan adası genişmiqyaslı müharibə başlayandan əvvəl işğal olunmuşdu. Amma Ukrayna qüvvələri onu 2022-ci il iyunun 30-da azad ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB