Latviyada daimi yaşayan Rusiya vətəndaşlarına latış dili imtahanından keçmək üçün iki illik möhlət verilə bilər. Bunu ölkənin daxili işlər naziri Maris Kuçinskis deyib.
Kuçinskis deyib ki, hökumət immiqrasiya qanununu dəyişdirərək ruslara dövlət dilini öyrənənə qədər Latviyada daha iki il müvəqqəti yaşamaq icazəsi vermək niyyətindədir. O vurğulayıb ki, Latviya hələlik latış dilini bilmək sertifikatı təqdim etməyən rusları deportasiya etmək niyyətində deyil.
Əvvəllər bildirilirdi ki, ölkə hakimiyyəti hələ imtahandan keçməyən neçə minlərlə rusiyalıya payızın əvvəlindən ölkəni tərk etməyi təklif edə bilər. Onların yaşayış icazələri uzadılmayacaq. Rusiyanın bu vətəndaşları arasında dil öyrənməkdə çətinlik çəkən xeyli yaşlı insanlar var.
SİA-nın əldə etdiyi məlumata görə, Latviyada xüsusi statusa malik 25 317 Rusiya vətəndaşı yaşayır. Rusiya pasportunu almamışdan əvvəl onlar Latviya vətəndaşları və ya qeyri-vətəndaş adlandırılan şəxslər idi.
2022-ci il sentyabrın sonunda Latviya parlamenti - Seym belə insanların 2023-cü il sentyabrın 2-dən daimi yaşayış icazələrini qanuni olaraq ləğv etdi. Belə ki, Latviyada yaşamaq hüququnu saxlamaq üçün onlar yeni prosedura əsasən yaşayış icazəsi üçün müraciət etməlidirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB