2024-cü il yanvarın 1-dən Rusiyada minimum əmək haqqının 18,5 faiz artırılması planlaşdırılır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclası zamanı deyib.
Onun sözlərinə görə, bu artım inflyasiyadan qat-qat yüksək olacaq. Dövlət başçısı eyni dövrdən rusiyalılara “təhlükəsizlik yastığı” yaratmağa və əlavə gəlir əldə etməyə imkan verəcək könüllü əmanət proqramının işə salındığını da açıqlayıb.
Vladimir Vladimirovic həmçinin bu ilin birinci yarısında rusların real gəlirlərinin 4,7 faiz artdığını göstərən məlumatlara istinad edib.
İqtisadiyyatın vəziyyətindən danışan Putin bildirib ki, Qərb ekspertlərinin pessimist proqnozlarına baxmayaraq, Rusiya 2022-ci ilin sonuna kimi dünyanın ən böyük beş iqtisadiyyatına daxil olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB