General Surovikin göndərilir…

Ordu generalı Sergey Surovikin Aerokosmik Qüvvələrin baş komandanı vəzifəsindən uzaqlaşdırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC mənbələrə istinadən xəbər verir.

Qeyd edək ki, Surovikin bu vəzifəni 31 oktyabr 2017-ci ildən icra edirdi. Generalın hazırda “qısamüddətli məzuniyyətdə” olduğu, daha sonra isə Müdafiə Nazirliyində xidmətini davam etdirəcəyi bildirilir.

2022-ci ilin oktyabrında Sergey Surovikin Ukraynada xüsusi təyinatlı qoşunların birgə qruplaşmasının komandiri təyin edilmişdi. Amma sonradan, dəqiq desək 2023-cü ilin yanvarında bu vəzifədən uzaqlaşdırılaraq komandirin müavini təyin edilib.

2023-cü il iyunun 23-nə keçən gecədən Surovikin ictimaiyyət qarşısında görünməyib.

Bir neçə gün sonra “The New York Times” Amerika rəsmilərinə istinadən yazıb ki, guya general “Vaqner” PMC şirkətinin yaradıcısı Yevgeni Priqojinin silahlı üsyan təşkil etmək planlarından əvvəlcədən xəbərdar olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə