Amerikanın əczaçılıq istehsalçısı MSD daha Rusiyaya hepatit C-nin müalicəsi üçün dərman tədarük etməyəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” yazır.
Beləliklə, medianın yazdığı kimi, söhbət zepatierin tədarükündən gedir. Bu, hepatit C-yə qarşı dərmanların bütün dövlət satınalmalarının demək olar ki, 20 faizini təşkil edir. Bu məqsədlər üçün hər il 1 milyard rubldan çox vəsait ayrılır. Bildirilir ki, Rusiya Federasiyasının Səhiyyə Nazirliyi artıq bir sıra dərman preparatlarının, o cümlədən Zepatirin tədarükünün dayandırılması ilə bağlı federal tibb müəssisələrinə xəbərdarlıq edib.
Maraqlıdır ki, bu qərarın 2024-cü ilə planlaşdırılan tədarüklərə təsir etməyəcəyi qeyd olunur.
Ötən il MSD Rusiya Federasiyasına suçiçəyi, məxmərək, qızılca və parotit xəstəliyinə qarşı peyvəndlərin çatdırılmasını dayandırıb.
Pfizer, Lilly, AbbVie, Sanofi və MSD əczaçılıq şirkətləri isə Rusiyada tədqiqat aparmaqdan imtina ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB