Putin Rusiyanın taxıl müqaviləsinə qayıtmağa hazır olduğunu açıqlayıb
Rusiya şərtlərinə əməl olunarsa, taxıl müqaviləsinə qayıda bilər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS forumunda çıxışında deyib.
Onun sözlərinə görə, “Rusiyanın dünya bazarlarına taxıl və gübrə ixracının sanksiyalarından çıxması ilə bağlı qondarma sövdələşmənin şərtlərinin heç biri yerinə yetirilməyib”.
“Bununla bağlı Rusiya qarşısında öhdəliklərə sadəcə olaraq məhəl qoyulmayıb”.
Bunu deyən Putin xatırladıb ki, iyulun 18-dən Rusiya Federasiyası sövdələşməni daha da uzatmaqdan imtina edib, lakin müəyyən şərtlər daxilində ona qayıtmağa hazır olduğunu da bəyan edib.
“...Yalnız Rusiya tərəfi qarşısında bütün öhdəliklərin real şəkildə yerinə yetirilməsi şərti ilə” – deyə o vurğulayıb.
Rusiya Federasiyasının prezidenti ərzaq sazişindən çıxdıqdan sonra Ukrayna taxılına alternativdən də danışıb.
“Mən dəfələrlə demişəm ki, ölkəmiz həm kommersiya əsasında, həm də ehtiyacı olan ölkələrə təmənnasız yardım şəklində Ukrayna taxılını əvəz etmək iqtidarındadır”.
Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə “taxıl sövdələşməsi”ni müzakirə etmək üçün Rusiyaya səfər edəcəyi barədə məlumat yayılmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB