Türkiyədə həkim 20 nəfərin hücumuna məruz qalıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar özünü xəstə yaxınları kimi təqdim ediblər.
Hadisə Qaziantepdə özəl xəstəxanada çalışan həkim Asadullah Beğoğlunun başına gəlib. Qəfildən 20 nəfər ona hücum edib. Həkim aldığı yaralardan reanimasiyaya yerləşdirilib daha sonra isə palataya köçürülüb.
O həmin an baş verənləri belə xatırlayıb: "Həmişəki kimi vaxtında işdə idim. Xəstə yaxını yüksək hərarəti olan uşağını gətirdi. Hərarətinin normallaşdırmaq üçün damar yolunu tapmaq istədik. Ailəsi də uşağın bütün problemini bizə danışdı. Bədənində maye çox olmadığından tibb bacıları bunu edə bilmədilər. Müalicə yazıb evə göndərdik. Sonra qapının önündə 20 nəfərə yaxın adam mənə "Damar yolunu aça bilməyən həkim budur" deyərək hücum etdi. 15-20 dəqiqə sonra polis hadisə yerinə gəldi. Onlar bir az da gec gəlsəydilər həmin şəxslər məni öldürəcəkdi. İndi bir nəfər həbs edilib. Qalanlarına isə nə olacaq, bilmirəm".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB