Babasına əmanət edilən 14 yaşlı qız onu niyə bıçaqladı? - DƏHŞƏTLİ HADİSƏ
Türkiyənin Konya şəhərində anası tərəfindən babasına əmanət edilən 14 yaşlı qız babasını bıçaqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gecə yerli vaxtla saat 2:00 radələrində qeydə alınıb.
Belə ki, 14 yaşlı qız 2 gün öncə anası tərəfindən bir müddət qalsın deyə babasının yanına göndərilib. O, gecə saatlarında məlum olmayan səbəbdən 66 yaşlı babasına mətbəx bıçağı ilə xəsarətlər yetirib. Yaşlı kişinin səsini eşidən qonşuları dərhal təcili tibbi yardıma və polisə məlumat veriblər.
Xəstəxanaya aparılan kişinin vəziyyəti ağırdır.
Polis tərəfindən saxlanılan yeniyetmə jurnalistlərin "Niyə belə etmisiniz?" sualına boks fəndi göstərərək “Al, bax buna görə etdim, sizə də yumruq atım?” cavabını verib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB