Universitet tələbələri mobil telefonların vergidən azad edilməsindən yararlanacaqlar
Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tələbələrə birdəfəlik vergisiz telefon və kompüter satışının ediləcəyini açıqlayıb. SİA bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Bəs tələbələr üçün telefon endirimi nə vaxt olacaq? Vergisiz telefon satışı nə vaxt başlayacaq?
Məsələ ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğan, "Cib telefonu və kompüterlərin alınması üçün onları vergidən azad edəcəyik. Həmçinin, ayda 10 GB pulsuz internetlə də təmin edəcəyik" sözlərini işlətmişdi.
Nazir Mehmet Şimşək, universitet tələbələrinə yalnız bir dəfəlik vergisiz kompüter və telefon imkanları verilməsi işlərinin davam etdiyini açıqladı.
Ali təhsildə gənclərin cib telefonu və kompüter alması üçün vergidən azad edilməsi ilə bağlı bir araşdırma olub-olmadığını soruşduqda, Şimşək bu mövzuda araşdırmanın olduğunu, lakin detalları paylaşa bilməyəcəyini söylədi.
Şimşək, yeni qanunvericilik ilinin başlaması ilə məsələnin gündəmə gəlib-gəlməyəcəyi sualına, "Təbii ki, hüquqi tənzimləmə tələb edən mövzularda TBMM açılmalıdır" dedi.
Universitet tələbələri mobil telefonların vergidən azad edilməsindən yararlanacaqlar. Tənzimləmə birdəfəlik həyata keçiriləcək. Universitetlərin assosiasiya və bakalavriat şöbələrində təhsil alan tələbələr vergisiz mobil telefonlardan yararlana biləcəklər.
Tələbələrə vergisiz telefon, planşet və kompüter satışının şərtləri hələ açıqlanmayıb. Nazirlər Kabinetinin iclasından sonra müraciət şərtlərinin prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanması gözlənilir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB