Ukrayna ABŞ-dan “F-16” qırıcıları almaq üçün bir sıra şərtləri yerinə yetirməlidir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.
Pentaqonun şərtləri bunlardır: birincisi, pilotlar ingilis dilini bilməlidirlər, ikincisi, Ukrayna hakimiyyəti lazımi logistikanın yerdə olmasını təmin etməlidir.
Sinq bildirib ki, bu meyarlar yerinə yetirildikdən sonra dövlətlər transferi təsdiq edə biləcəklər.
Qeyd edək ki, Pentaqon ABŞ-ın ukraynalı pilotların təliminə kömək etməyə hazır olduğunu təsdiqləyib, əgər onların sayı avropalıların qəbul edə biləcəyindən çox olarsa. Yeri gəlmişkən hazırda ukraynalı pilotların hazırlanması proqramına Danimarka və Hollandiya rəhbərlik edir, amma məsələ bundadır ki, Danimarka hakimiyyəti bu məsələdə ABŞ-dan kömək istəyib.
Bu arada “Reuters”in məlumatına görə, ABŞ Danimarka və Hollandiyadan Ukraynaya “F-16”-ların göndərilməsini rəsmən təsdiqləyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB