İrlandiya Kiyevə hərbi yardım göstərir, amma gizlincə...

İrlandiya Kiyevə hərbi yardım göstərir, amma gizlincə...

…Neytral statusa baxmayaraq, İrlandiya Kiyevə hərbi yardım göstərir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Britaniyanın “Daily Telegraph” qəzeti yazıb.

KİV-in məlumatına görə, İrlandiyadan Ukraynaya hərbi yardım gizli şəkildə həyata keçirilir. Yəni ölkə hökumətinin müvafiq fərmanı məxfi xarakter daşıyır.

Belə ki, Dublinin rəsmi elan edilmiş humanitar məqsədlərə uyğun gəlməyən döyüş hazırlığı və atıcılıq üzrə Ukrayna hərbçilərinə təlim keçmək niyyətində olduğu qeyd edilir.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın ABŞ-dan hava hücumundan müdafiə radarları üçün gizli olan və 370 kilometr uçuş məsafəsinə malik JASSM qanadlı raketləri tələb etdiyi bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə