Bu ölkədə çalışanlar evdən işləyəcək

... Artıq İndoneziya hökuməti ətraf mühitin çirklənməsinə görə vergi tətbiq etmək və fabriklərdə yoxlamaları artırmağı planlaşdırır
Bu ölkədə çalışanlar evdən işləyəcək

İndoneziyanın paytaxtı Cakartada havanın çirklənməsinin qarşısının alınması tədbirləri çərçivəsində ictimai idarələrdə çalışanlar evdən işləyəcək.

Cakartanın əvəzedici valisi Heru Budi Hartononun təlimatı ilə verilən tətbiq çərçivəsində dövlət işçilərinin yarısı 21 avqustdan etibarən 2 ay, 25 faizi isə sentyabrdan 21 oktyabra qədər evdən çalışacaq.

SİA-nın əldə etdiyi məlumata görə, işçilərin vacib olmayan şəxsi işlərilə bağlı evdən çıxmasının qarşısını almaq üçünsə yoxlamalar aparılacaq.

Qeyd edək ki, İndoneziyada hava kirliliyi ölkə prezidenti Coko Vidodonun (Joko Widodo) son həftələr bərk öskürmələrinə də səbəb göstərir. Eyni zamanda, paytaxtda 5-7 sentyabr tarixlərində Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası (ASEAN) tərəfindən təşkil edilən zirvə toplantısının təxirə düşəcəyindən ehtiyat edilir.

Artıq İndoneziya hökuməti ətraf mühitin çirklənməsinə görə vergi tətbiq etmək və fabriklərdə yoxlamaları artırmağı planlaşdırır.

10 milyon əhalisi olan paytaxt Cakarta hava keyfiyyəti şirkəti İQAir tərəfindən “Ən çox hava çirkliliyi olan şəhər” seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə