Səudiyyə sərhədçiləri ən azı 100 efiopiyalı miqrantı öldürüb..?

Səudiyyə sərhədçiləri ən azı 100 efiopiyalı miqrantı öldürüb..?

Səudiyyə sərhədçiləri Efiopiyadan olan azı yüz miqrantı öldürüblər. “Human Rights Watch” hüquq müdafiə təşkilatının hesabatına görə, onların çoxu güllələlənib, partladılıb, ya da döyülərək öldürülüblər.

SİA-nın əldə etdiyi məlumata görə, hüquq müdafiəçiləri 2022-ci ilin martından 2023-cü ilin iyununa qədər Yəmən vasitəsilə Səudiyyə Ərəbistanına daxil olmağa çalışan 38 efiopiyalı miqrantla müsahibə gaparıblar.

Hesabatın müəllifləri yüzlərlə video, fotoşəkil və peyk şəkillərini də təhlil ediblər.

Miqrantlar müdafiə təşkilatına bildiriblər ki, Səudiyyə sərhədçiləri onlara tüfəng və minaatanlardan atəş açıb: 14 nəfər bunu yaxın məsafədən gördüklərini və ya özlərini yaraladıqlarını bildiriblər.

“Human Rights Watch” həmsöhbətlərinin sözlərinə görə, sərhədçilər sağ qalanları daş və metal barmaqlıqlarla döyüblər. Miqrantlardan biri, 17 yaşlı oğlan bildirib ki, sərhədçilər onu və digər sağ qalanları iki qızı zorlamağa məcbur edib, bundan imtina edənləri isə edam ediblər.

Qeyd edilir ki, müdafiə təşkilatının bütün həmsöhbətləri qadın, kişi və uşaqların səpələnmiş cəsədlərini, o cümlədən parçalanmış cəsədləri gördüklərini iddia edirlər.

İnsan haqları müdafiəçiləri cığırlarda, düşərgələrdə və tibb müəssisələrində ölmüş və yaralanmış miqrantların mövcud videolarını yoxlayaraq bunu təsdiqləyiblər.

Mütəxəssislər onların xəsarətlərinin döyüş sursatlarının partlaması və güllə yaraları ilə uyğun olduğunu müəyyən ediblər. Hesabat müəllifləri həmçinin düşərgələrin yaxınlığında dəfn yerlərinin artdığını və sərhəd nəzarəti infrastrukturunun genişləndiyini də aşkar ediblər.

SİA-nın əlavəsi: Yeri gəlmişkən, qərargahı ABŞ-da yerləşən və guya dünyanın 70-dən çox ölkəsində “insan hüquqlarının pozulmasını izləyən, araşdıran və sənədləşdirən bu qeyri-hökumət təşkilatı”,..etiraf edilməlidir ki, bəzi ölkələrdə elə də ciddi qəbul edilmir.

Qeyd edək ki, bu təşkilatın maliyyəsi, yəni “xidmətlərinə” görə aldıqları da qaranlıq olaraq qalır. Belə ki, təşkilat özü bu vəsaitləri ictimai ianə yolu ilə əldə etdiyini bildirir.

…Onu da qeyd edək ki, bu qurum özünü “hüquq təşkilatı” kimi təqdim etsə də, əslində isə dünyanın çox yerində bitərəfli mövqeyi ilə tanınır.

Ona görə də çoxları onun “tədqiqatlarını”, yuxarıda dediyimiz kimi, elə də ciddiyə almırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə