Vladimir Putinin təşəbbüsü ilə yaradılan “Birincilər Hərəkatı” adlı dövlət gənclər hərəkatı illik 19 milyard rubl büdcə alıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu təşkilatın idarə heyətinin sədri, təhsil və elm nazirinin müavini Qriqori Qurov bildirib.
Onun dediyinə görə, bunun 10 milyarda yaxınının regionlara, daha 4 milyardının isə hərəkatın mərkəzi aparatının işini təmin etmək üçün göndərilməsi planlaşdırılır.
“Moskva Tayms” qeyd edir ki, təşkilata ayrılan vəsaitin həcmi Kalmıkiya və ya Yəhudi Muxtar Vilayəti kimi yoxsul regionların illik gəliri ilə müqayisə oluna bilər.
Bundan başqa, bu, tibb müəssisələrinin “maddi-texniki bazasının möhkəmləndirilməsi” dövlət proqramının xərclərindən 3 dəfə, “Əczaçılıq və tibb sənayesinin inkişafı” layihəsinin 2023-cü il büdcəsindən isə 5 dəfə çoxdur”.
Qeyd edək ki, iyulda Dövlət Duması uşaq və yeniyetmələr üçün dövlət təşkilatının yaradılması haqqında qanun layihəsini qəbul edib.
Qanun layihəsi, gənclərin tərbiyəsinə cavabdeh olmalı, onların “dəyər oriyentasiyalarını” və “ənənəvi rus mənəvi-əxlaqi dəyərləri” əsasında dünyagörüşünü formalaşdırmalıdır. Xatırladaq ki, qanun layihəsi may ayında, pioner təşkilatının ildönümündə Dumaya təqdim edilib. Vladimir Putin yeni hərəkatı “pioner” adlandırmağı təklif edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB