Rusiyalıların böyük əksəriyyəti sosioloqların Ukraynadakı müharibə ilə bağlı suallarına cavab verməkdən imtina edirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiya Sahə Tədqiqat Qrupu yayıb.
Qeyd edək ki, iyunun ortalarında qrupun müharibə mövzulu sorğusu 79,2 faizinin iştirakdan imtina etdiyini göstərmişdi. Maraqlıdır ki, imtina edənlərin əksəriyyəti imtinanı kobud və ədəbsiz formada ediblər.
Bu məlumatları şərh edən ABŞ-ın Rutgers Universitetinin tədqiqatçı professoru Sergey Erofeyev qeyd edib ki, insanlar sadəcə olaraq, qorxurlar, onlar telin o biri ucunda kimin olduğuna əmin deyillər.
Xatırladaq ki, İyul ayında Moskvada “Azadlıq” radiosunun küçə sorğusunda iştirak etdikdən sonra Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda ittiham olunan paytaxt sakini Yuri Koxovetsə qarşı məhkəmə prosesi başlayıb. Müsahibə zamanı Koxovets Ukraynadakı müharibə ilə bağlı fikirlərini bildirərək, xüsusən də Rusiyanın “ticarət mərkəzlərini bombaladığını”, Buçada isə hərbçilərin heç bir səbəb olmadan mülki insanları güllələdiyini bildirib. İndi moskvalını 10 ilə qədər həbs cəzası gözləyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB