Danimarka və Hollandiya diplomatları Xarici İşlər Nazirliyinə çağırılıb
Xatırladaq ki, Danimarkanın müvəqqəti işlər vəkili avqustun 18-də eyni məsələ ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılmışdı
Türkiyə Danimarka və Hollandiyadakı səfirlikləri ilə bir sıra müsəlman ölkələrinin səfirlikləri qarşısında Quranın yandırılmasının davam etməsilə bağlı narahatlıqlarını Danimarka və Hollandiya diplomatlarına çatdırıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Danimarkanın Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili və Hollandiyanın Türkiyədəki səfirliyinin müşaviri Ankarada Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb, yaranmış narahatlıqlar dilə gətirilib və Türkiyənin bu hərəkətləri ən sərt şəkildə qınadığı bir daha vurğulanıb.
Xatırladaq ki, Danimarkanın müvəqqəti işlər vəkili avqustun 18-də eyni məsələ ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB