Urmiya gölünün quruması ilə bağlı cinayət işi başladıldı

Bu barədə Qərbi Azərbaycan əyalətinin prokuroru Nəsir Atbati İRNA informasiya agentliyinə açıqlama verib
Urmiya gölünün quruması ilə bağlı cinayət işi başladıldı

İranın Qərbi Azərbaycan əyalətindəki dünyanın ən böyük duz göllərindən biri olan Urmiya gölünün quruması ilə bağlı cinayət işi başladılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Qərbi Azərbaycan əyalətinin prokuroru Nəsir Atbati İRNA informasiya agentliyinə açıqlama verib. O bildirib ki, Urmiya gölünün qurumasında əsas amil kimi, Urmiya ilə Təbriz şəhərlərini bir-birinə bağlayan keçid yolunun və suvarma sistemlərinin istifadəsinin doğru formada aparılmadığıdır.

Artıq hüquq-mühafizə orqanları tərəfindən gölün quruması ilə bağlı cinayət işini araşdırılmağa başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə