Hollandiyada avqustun 21-nə keçən gecə ayaqqabı mağazası və yaşayış binalarının yaxınlığında silsilə partlayışlar baş verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “NL Times” yazb.
İlk partlayış təxminən saat 01:10-da (Moskva vaxtı ilə 02:10) Haaqada, Adrianus van Driellan küçəsindəki evin yaxınlığında baş verib. Nəticədə qapı və yaxınlıqda dayanmış avtomobil yanıb.
Qəzet Rotterdam polisinə istinadən yazır ki, daha sonra saat 02:30 radələrində Vlaardingendə şənbə günü açılan yeni idman ayaqqabısı mağazasının yaxınlığında partlayış səsi eşidilib, nəticədə qapı zədələnib. “Rijnmond” telekanalının məlumatına görə, partlayışdan dərhal əvvəl kameralar velosiped sürən iki gənci görüb.
Amsterdamda daha iki partlayış baş verib: birincisi saat 04:50 radələrində Roza Lüksemburq küçəsindəki evin yaxınlığında, ikincisi isə saat 07:00-da Raden Ajenq Kartini küçəsində baş verib. “NU.nl”-in məlumatına görə, birinci halda qapı yanıb, pəncərələr sındırılıb. Həmin vaxt evdə iki azyaşlı olmaqla üç nəfər olub. İkinci evdə 1 nəfər olub, o, yanğınsöndürənlər tərəfindən xilas edilib.
Hazırda yerli polis baş verənləri araşdırır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB