Rusiya məktəblərində dronlara qarşı durmaq öyrədiləcək

Rusiya məktəblərində dronlara qarşı durmaq öyrədiləcək

Rusiya məktəblərinin 10-11-ci sinif şagirdlərinə pilotsuz uçuş aparatları ilə mübarizə və onlara nəzarət üsulları öyrədiləcək.

SİA xəbər verir ki, TASS agentliyi Təhsil Nazirliyinə istinadən yazır ki, dərslər ilkin hərbi hazırlıq kursuna daxil ediləcək.

Agentliyin məlumatına görə, kursun sonunda tələbələr pilotsuz uçuş aparatlarının müharibədə istifadəsinin xüsusiyyətlərini başa düşməli, həmçinin düşmənin pilotsuz təyyarələrinə “mübarizə alqoritmini bilməlidirlər”.

Həmçinin yeniyetmələrə ərazinin kəşfiyyatı və döyüş şəraitində pilotsuz uçuş aparatlarından istifadə öyrədiləcək. Daha əvvəl Təhsil Nazirliyi məlumat vermişdi ki, 15-17 yaşlı uşaqların IX sinifdən sonra məzun olduqları kolleclərdə dron operatorları hazırlanmağa başlayacaq.

Bu arada Kurqan vilayətinin hakimiyyət orqanları qubernatorun təşəbbüsü ilə dron operatorları üçün təlimlərə başlandığını artıq elan edib.

Belə ki, yerli texnoloji kollec bu ixtisas üzrə tələbələrin hazırlanmasına başlayacaq ilk təhsil müəssisəsi olacaq.

Yeri gəlmişkən, kollec tələbələri Tatarıstanda İranın “Şahed” pilotsuz təyyarələrinin yığılmasına cəlb ediliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə