"Roskosmos”un baş direktoru Yuri Borisov bildirib ki, “Luna-25” stansiyasının dağılmasının əsas səbəbi mühərrikin söndürülməsi zamanı yaranan nasazlıq olub.
…Düzənləmələr etməzdən əvvəl cihaz istiqamətini dəyişdirdi və saat 14:10-da mühərriklər işə düşdü,..halbuki cihazı düzəltməli və enişdən əvvəl orbitə çıxarmalı idi.
Təəssüf ki, mühərrikin sönməsi sikloqrama uyğun olaraq normal baş vermədi.
“Roskosmos”un baş direktorunun dediyinə görə, o, nəzərdə tutulan 84 saniyə əvəzinə 127 saniyə işlədi. Və bu da aparatın qəzaya uğramasının əsas səbəbi oldu.
Xatırladaq ki, ötən gün avqustun 20-də “Roskosmos” “Luna-25” planetlərarası avtomatik stansiyasının Ayın səthi ilə toqquşması nəticəsində qəzaya uğradığını bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB