Tomsk vilayət məhkəməsi təqaüdçü Marina Novikovanın Rusiya ordusu haqqında qondarma saxtakarlığa görə bir milyon rubl cərimələnməsini təsdiqləyib. İstintaq Novikovanın sosial şəbəkələrdə Ukraynadan olan tanışlarının sözlərindən yazdığı yazıları saxta hesab edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Novikova bu məbləğdə pulu olmadığı üçün cəriməni həbs cəzası ilə əvəz etməyi xahiş edib.
Qeyd edək ki, 65 yaşlı Marina Novikova təqaüddə olan hüquqşünasdır. Təbii ki, öz hüquqlarını yaxşı bilir. Amma o da “saxta” maddə üzrə ilk müttəhimlərdən biri olub.
Müstəntiqlərin sözlərinə görə, martın əvvəlində o, 170 abunəçisi olan “Pravda Goroda Seversk” teleqram kanalında Ukrayna hekayələri ilə yazılar yerləşdirib. Xüsusilə, onların arasında Zaporojye vilayətinin Enerqodar şəhərində baş verənlərlə bağlı məlumatlar var idi.
Onu da qeyd edək ki, Novikovanın məhkəməsi bu il aprelin sonunda baş tutub. İttiham tərəfi onun üç il həbs və ya 700 min rubl cərimə edilməsini istəyib. Məhkəmə təqaüdçünü azadlıqdan məhrum etməsə də, bir milyon cərimələyib. Novikova vilayət məhkəməsində qərara etiraz etməyə çalışsa da, o, qərarı qüvvədə saxlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB