ABŞ hakimiyyəti vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb
ABŞ hakimiyyəti Belarusdakı vətəndaşlarına dərhal ölkəni tərk etməyi tövsiyə edib. ABŞ-ın Minskdəki səfirliyinin saytında dərc olunan mesajda Litva tərəfindən Litva-Belarus sərhədindəki altı sərhəd keçidindən ikisinin bu yaxınlarda bağlanmasından bəhs edilir.
SİA-nın əldə etdiyi məlumata görə, mesaj müəllifləri Avropa İttifaqı ölkələrinin tezliklə Belarusdan çıxışı daha sərt şəkildə məhdudlaşdıra biləcəklərini istisna etmirlər.
Birləşmiş Ştatlar həmçinin öz vətəndaşlarından Belarus, Rusiya və Ukraynaya səfərlərdən çəkinməyi xahiş edir və qeyd edir ki, fövqəladə vəziyyət yaranarsa, diplomatik nümayəndəliklər onlara konsulluq yardımını tam təmin edə bilməyəcək.
Qeyd edək ki, Litva avqustun 18-dən Şumskas (Loşa) və Tveryaçyus (Vidzy) sərhəd-keçid məntəqələrini bağlayıb. Litvanın daxili işlər naziri Aqne Bilotaite bildirib ki, hökumət Belarusla sərhədin tamamilə bağlanmasına qədər digər mühafizə ssenarilərini nəzərdən keçirir.
O vurğulayıb ki, lazım gələrsə, regionun Belarusla həmsərhəd olan bütün ölkələri: Litva, Latviya və Polşa belə bir addım atmalıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB