Döyüş əməliyyatları zamanı ekoloji fəallar Qara dənizdə delfinlərin 900-dən çox ölüm faktını müəyyən ediblər, Verilən məlumatlarda Ukrayna, Türkiyə və Bolqarıstan sahillərində delfin cəsədlərinin tapıldığı deyilir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets məlumat verib.
İyul ayının cəmi bir həftəsi ərzində on delfinin cəsədi aşkar edilib və ölüm səbəbini müəyyən etmək üçün tədqiq edilir. Qeyd edək ki, Strelets bu tendensiyanı "müharibə dövrünün yeni çağırışı" adlandırıb.
“The New York Times” delfinlərin hələ Kaxovskaya SES-in bəndinin dağıdılmasından əvvəl öldüklərini yazıb. Amma bundan sonra sel sularında bəndin arxasındakı çöküntülərdə toplanan ağır metallar, pestisidlər, fosfor və azot var olub.
Və onların Qara dənizə daxil olması zəhərli ola biləcək kütləvi yosunların çiçəklənməsi ilə nəticələnib.
Bundan əlavə, elm adamları hesab edir ki, döyüş gəmilərinin istifadə etdiyi sonar delfinlərin oriyentasiyasına mane olur, çünki heyvanlar da ekolokasiyadan oxşar şəkildə istifadə edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB