Macarıstan Türkiyə ilə əməkdaşlığı gücləndirəcək

Macarıstan Türkiyə ilə əməkdaşlığı gücləndirəcək

Macarıstanın xarici işlər naziri Peter Siyarto prezident Rəcəb Tayyib Ərdoğanın Macarıstana səfəri zamanı iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə dair razılığa gəlindiyini açıqlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Macarıstanın rəsmi radiosu "Kossuth"un məlumatına görə, Siyarto prezident Ərdoğanın Macarıstan səfərini dəyərləndirib.

Ərdoğanın dekabrın 18-də keçiriləcək yüksək səviyyəli Strateji Şura iclası çərçivəsində yenidən Macarıstana səfərinin gözlənildiyini bildirən Siyarto bu tədbir zamanı prioritet strateji tərəfdaşlığın yaradılmasına dair sazişin imzalanacağını qeyd edib.

Nazir vurğulayıb ki, iki ölkə ikitərəfli münasibətləri və əməkdaşlığı çox yaxşı səviyyədə daha da inkişaf etdirmək barədə razılığa gəliblər.

Macarıstanın da “Türk axını” boru kəməri ilə təbii qaz almaqda maraqlı olduğunu deyən nazir Siyarto Türkiyənin enerji sahəsində mühüm tranzit roluna diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə