Ukraynanın Rusiya daxilinə dron hücumları ara vermir

Ukraynanın Rusiya daxilinə dron hücumları ara vermir

…Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, saat 14:30 radələrində Belqorod vilayətində təyyarə tipli pilotsuz uçuş aparatı vurulub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə digər təfərrüatlar verilmir.

Qeyd edək ki, bu, avqustun 21-də məhv edilən artıq dördüncü pilotsuz təyyarədir.

Bundan əvvəl vilayətin qubernatoru Vyaçeslav Qladkov, Qrayvoron şəhər rayonunun Novostroevka-Vtoraya kəndində pilotsuz təyyarədən “qranatatan üçün parçalanmış sursat” atıldığını və bunun nəticəsində avtomobilin zədələndiyini bildirmişdi.

Onu da qeyd edək ki, bu gün səhər saatlarında Moskva vilayətinin Odintsovo və İstra rayonlarında da iki pilotsuz təyyarə vurulub.

Qubernator Andrey Vorobyovun sözlərinə görə, sonuncu halda dronun bağ evinin üzərinə düşməsi nəticəsində iki nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib. Üç evin də pəncərələri sındırılıb.

Üçüncü pilotsuz təyyarə Kaluqa vilayətində vurulub.

Ruslar orada da tələfat və dağıntının olmadığını yazırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə