O, Rusiyanı tərk etməyə cəhd etdiyi üçün cərimələnib

O, Rusiyanı tərk etməyə cəhd etdiyi üçün cərimələnib

Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı, transseksual qız(?) Katerina Myers (keçmiş FSB kapitanı Aleksandr Çumakov –A.B.) dövlət sirri ilə bağlı iş üzrə 300 min rubl cərimələnib.

SİA-nın əldə etdiyi məlumata görə, məhkəmə iclası bağlı qapılar arxasında keçirilib.

Saxlanılanın vəkili Konstantin Eroxinin dediyinə görə, Federal Təhlükəsizlik Xidməti zabitinin xaricə getmək hüququ yoxdur.

Qeyd edək ki, prokurorluq Mayersin 400 min rubl cərimələnməsini istəyib.

Xatırladaq ki, Mayers 12 il Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olub. O, internetdə ekstremist və terror xarakterli materiallarla bağlı analitik işlərlə məşğul olub. Qadının dostunun sözlərinə görə, axtarış zamanı Myersin mənzilindən gündəlik, görüş protokolları , LGBT ədəbiyyatı və bir şüşə hormon (esradiol) götürülüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə